• Neft-qaz və dəniz avadanlıqlarının
    etibarli təchizatçısı

  • Avadanlıqların birbaşa
    istehsalçıdan alınması

  • Keyfiyyət, vaxtında
    çatdırılma və sərfəli qiymətlər

  • Neft-qaz sənayesində yeni
    texnologiya və məhsulları tanıyırıq

  • Müştəri məmnuniyyəti göstəricisi
    üzrə ilk 5 təchizatçılardan biriyik

  • 100-dən artıq iri təchizat
    və xidmət sifarişləri

  • Current

News

  • MEGA-S SUPPLY şirkəti xidmətlər paketini genişləndirir

    Ətraflı
  • MEGA-S SUPPLY şirkəti “Caspian Oil & Gas” sərgisində iştirak etmişdir

    Ətraflı
  • MEGA-S SUPPLY şirkəti strateji partnyorlar sayını genişləndirir

    Ətraflı

MEGA-S SUPPLY MMC neft-qaz sektorunda çalışan yerli və xarici şirkətlərin neft-mədən avadanlıqları təchizatçısıdır. Fəaliyyətinə 2005-ci ildə başlayan MEGA-S SUPPLY bu müddət ərzində bir sıra əhəmiyyətli neft-qaz layihələrinin uğurla həyata keçiriliməsində iştirak etmişdir. Neft şirkətlərini neft-mədən avadanlıqları ilə təchiz edərək qısa zaman ərzində geniş təcrübə qazanmışdır.

Hazırda MEGA-S SUPPLY neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan və beynəlxalq standartlara cavab verən avadanlıqların etibarlı təchizatçısıdır.

 

İşlərimiz

Layihənin təsviri

Yeni kompressor stansiyasının tikintisi

Layihənin təsviri

Klapanlar, borular və nasosların təchizatı

Layihənin təsviri

Qaynaq avadanlıqlarının təchizatı

Layihənin təsviri

NÖC və avtomatika vasitələri üzrə kompleks sifarişlər

MEGA-S SUPPLY MMC 2012-ci ildə yeni kompressor stansiyasının tikintisi obyektinin layihələndirilməsi, avadanlıqların alınması, sazlanması və işə buraxılması işlərini yerinə yetirmişdir. 4 ay ərzində həyata keçirilən layihə MEGA-S SUPPLY-in cəlb etdiyi yerli və xarici mütəxəssislər tərəfindən yerinə yetirildək sonra sifarişçinin tələblərinə uyğun təhvil verilmişdir.

MEGA-S SUPPLY MMC 2013-ci ildə tənzimləyici klapanlar, borular və nasosların təchizatı layihəsini uğurla həyata keçirmişdir. 3 ay müddətində MEGA-S SUPPLY-in mütəxəssisləri sifarişçinin tələblərinə uyğun olaraq Fransa istehsalı olan avadanlıqları vaxtında idxal etmiş, quraşdırmış və müvafiq qaydada təhfil vermişdir.

Müştərinin sifarişinə əsasən Avropa istehsalı olan qaynaq avadanlıqlarının təchizatını həyata keçirmişdir. MEGA-S SUPPLY-in əməkdaşları qaynaq avadanlıqlarını quraşdırmış və sifarişçi üçün istismar qaydaları üzrə təlim keçmişdir.

MEGA-S SUPPLY MMC 2012-2013-cü illərdə bir sıra yerli və xarici neft şirkətləri çün əsasən Amerika, Avropa və Rusiya istehsalı olan müxtəlif nəzarət-ölçü cihazları (NÖC) və avtomatika vasitələri üzrə kompleks sifarişləri yerinə yetirmişdir.