MEGA-S SUPPLY şirkəti xidmətlər paketini genişləndirir

Azərbaycanda neft-qaz və dəniz avadanlıqları təchizatçısı olan MEGA-S SUPPLY 2014-cü ilin ikinci yarısından etibarən öz müştərilərinə gömrük və logistika xidmətlərini də təqdim edəcək.

MEGA-S SUPPLY Azərbaycanda neft-qaz sektorunda çalışan yerli və xarici şirkətlərə neft-mədən avadanlıqları təchizatı xidmətini həyata keçirir. Bu sahədə faəliyyət görsədən bir sıra şirkətlərin gömrük işlərini həll etmək üçün müvafiq əməkdaşlarının olmaması bəzən idxal olunan avadanlıqların rəsmləşdirilməsində ləngimələr və maliyyə itkilərinə səbəb olur. Bunları  nəzərə alaraq MEGA-S SUPPLY şirkəti bu sahədəki təcrübəsindən istifadə edərək gömrük məsələlərində öz xidmətlərini təklif etməyə qərar vermişdir.

2014-cü ilin ikinci yarısında etibarən BODLEX şirkəti aşağıdakı xidmətləri təklif edəcək:

  • malların gömrük rəsmiləşdirilməsinə dair peşəkar məsləhət;
  • malların gömrük nəzarətindən keçirilməsi, gömrük sənədlərinin  rəsmiləşdirilməsi, rüsumların ödənilməsi,
  • malların sifarişçinin ünvana çatdırılması;

Fəaliyyətinə 2005-ci ildən başlayan MEGA-S SUPPLY şirkəti 2013-cü ilin yekunlarına əsasən birbaşa əməkdaşlıq etdiyi xarici partnyorların sayı 50-ni keçmişdir. Faəliyyət müddətində MEGA-S SUPPLY ölkəmizin enerji sənayesində çalışan bir çox şirkətləri müasir avadanlıqlarla təchiz edərək geniş təcrübə əldə etmişdir. MEGA-S SUPPLY həmin avadanlıqları ABŞ, Avropa, MDB və digər ölkələrin tanınmış şirkətlərindən müvafiq zəmanətlə əldə edir və sifarişçinin bütün şərtlərinə uyğun olaraq təhvil verir. Hazırda MEGA-S SUPPLY neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan və beynəlxalq standartlara cavab verən avadanlıqların təchizatçısıdır. Şirkətin əməkdaşları həmçinin avadanlıqların istismarı, saxlanması və təmiri üzrə peşəkar təlimlər də keçir. Əlavə məlumat üçün www.mega-s.az saytına baxın.

05.03.2014