Xidmətlər

  • Quyularinin qazılması, qazılmasına nəzarət, mühəndislik və layihələndirmə

    • Əsaslı təmir quyularında servis xidmətləri
    • Balta servisi
    • Quyudibi mühərriklərin servisi
    • Telemetriya, MWD
    • Ikinci lülənin yana kəsilməsi və qazılması
  • NÖC və avtomatika vasitələrinin quraşdırılması

    MEGA-S SUPPLY nəzarət-ölçü cihazları (NÖC) və  avtomatika vasitələrinin təchizatı, quraşdırılması və təmiri üzrə geniş təcrübəyə malikdir. Bu işləri hal-hazırda şirkətimizdə çalışan, uzun müddət neft və qaz sənayesində böyük təcrübəyə malik olan mütəxəssislər həyata keçirilir.   

    Şirkətimiz həmçinin nəzarət və idarəetmə, yanğından, partlayışdan, sanksiyasız müdaxilədən mühafizə-siqnalizasiya, videonəzarət, videoproyeksiya, səsləndirmə, binalara giriş-çıxış turniket, təxliyyə siqnal  sistemlərinin quraşdırılması, sazlanması, təmiri və texniki xidmətlərini də təklif edir.

  • Avadanlıqların quraşdırılması, yoxlanması və təmiri

    MEGA-S SUPPLY şirkətinin təcrübəli mütəxəssisləri neft-qaz və dəniz işlərində istifadə olunan bir çox avadanlıqların quraşdırılması, yoxlanması və təmiri işlərini həyata keçirir. Bu avadanlıqlara MEGA-S SUPPLY-in təklif etdiyi geniş çeşidli məhsullar daxildir. Həmin məhsullarla səhifəmizin müvafiq bölməsində tanış ola bilərsiz

  • Avadanlıqların istifadəsi üzrə peşkar təlim

    MEGA-S SUPPLY şirkəti ABŞ, Avropa və MDB ölkələrinin tanınmış neft-qaz avadanlıqları istehsalçıları ilə uğurlu əməkdaşlıq əlaqələri qurmuşdur. Biz həmin istehsalçı şirkətlərin mütəxəssislərinin iştirakı ilə öz müştərilərimizin tələblərinə uyğun olaraq avadanlıqların istismarı üzrə peşəkar təlimlər təşkil edirik. Təlimlər nəticəsində mütəxəssislər avadanlıqların istifadəsi texnologiyasına tam yiyələnir və nəticədə şirkətlərin iş səmərəliliyi artır, iş mühitinin təhlükəsizliyi təmin edilmiş olur.

  • Təchizat xidmətləri

    MEGA-S SUPPLY şirkəti neft-qaz və dəniz avadanlıqlarının təchizatında peşəkar xidmətlər göstərir. Bizim əməkdaşlarımızın neft-qaz sektorunda təcrübəsi sayəsində biz müştərilərimizin məhsul və xidmət tələblərini dəqiq öyrənirik və təklifimizin sifarişçinin bütün texniki və keyfiyyət göstəricilərinə uyğun hazırlanması ilə tanınırıq.

    Fəaliyyətimiz müddətində enerji sektorunda mövcud olan dünyanın aparıcı istehsalçıları ilə etibarlı əməkdaşlıq qurmuşuq.  Bunun sayəsində bizim məhsul və xidmət təkliflərimiz bu sahədə ən sərfəli qiymətlərə əsaslanır.

    Şirkətimiz sifarişçinin tələbinə əsasən məhsulların birbaşa ünvana çatdırılıması və gömrük rəsmləşdirilməsi xidmətlərini də təklif edir.

  • Ehtiyat hissələrinin təchizatı

    MEGA-S SUPPLY şirkətinin təchiz etdiyi bütün avadanlıqlar istehsalçı tərəfindən müvafiq zəmanətlə, uyğunluq sertifikatı ilə təmin edilir və beynəlxalq keyfiyyət standartlarına cavab verir. Zəmanət şərtlərinə uyğun olaraq MEGA-S SUPPLY şirkəti istehsalçılar tərəfindən avadanlıqların ehtiyat hissələrinin vaxtında çatdırılmasını təmin edir.  Şirkətimiz zəmanət şərtlərindən kənar ehtiyyat hissələrinin təchizatını da həyata keçirir.

  • Əks Osmos

    Əks Osmos dəniz və quyu suyu kimi sularda olan bütün lazımsız maddələri sudan ayıraraq təmiz suyun alınması üçün membran filtrasiya prosesidir.

    Bizim reputasiyamız hər bir layihədə mükəmməlliyə sadiqliyimizi dəstəkləyən, nəinki müştərilərin gözləntilərinə cavab verən, lakin onları aşan yüksək keyfiyyətli həllər təqdim etmək üzərində qurulub. Suyun təmizlənməsi həlləri üzrə ekspert firma olaraq, biz müştəri xidməti və dəstəyinin ən yüksək standartlarını qoruyuruq və osmos texnologiyasının ehtiyyat avadanlıqlarını, qurğularını və innovasiyaları təmin edirik. Biz ən müasir, etibarlı su təmizləmə təchizatı və həlləri təqdim etməklə qida, kənd təsərrüüfatı,sənaye, və tibb sahəsində əməliyyat və ətraf mühit məqsədlərinə nail olmaqda kömək edirik.