Fəaliyyət tarixi

Faəliyyətinə 2005-ci ildə başlayan MEGA-S SUPPLY MMC hazırda ölkənin enerji sektorunda neft-qaz avadanlıqlarının etibarlı təchizatçısı kimi tanınır. Bu müddət ərzində şirkətimiz dünyanın aparıcı istehsalçıları ilə strateji partnyorluq əlaqələri qurmuş, 100-dən artıq iri təchizat layihələri həyata keçirmişdir.

Fəaliyyətinin ilk illərində əsasən neft-qaz avadanlıqları uçün ehtiyat hissələrinin idxalı ilə məşğul olan MEGA-S SUPPLY qısa müddətdən sonra kompleks təchizat işlərini uğurla həyata keçirməyə başlamışdır. Bu müddət ərzində MEGA-S SUPPLY bir sıra neft-qaz layihələrinin tamamlanmasında iştirak etmişdir. MEGA-S SUPPLY şirkətinin idxal etdiyi avadanlıqlar keyfiyyət, qiymət və təhlükəsizlik göstəricilərinə görə ölkədə fəaliyyət göstərən neft şirklətləri tərəfindən yüksək dəyərləndirilir. Bu gün MEGA-S SUPPLY nəinki avadanlıq təchizatçısıdır, həmçinin neft-qaz sektorunda tələb olan bir neçə mühüm xidmətlər də təklif edir.

MEGA-S SUPPLY şirkətinin əməkdaşları neft-qaz və dəniz işlərində geniş təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Peşəkar mühəndislərimiz, servis əməkdaşları və satınalma mütəxəssislərimiz müştərilərimizin avadanlıq və xidmət tələblərini dəqiq öyrənir, və onlara keyfiyyət-qiymət göstəricilərinə görə ən sərfəli təkliflər təqdim edir.