MEGA-S SUPPLY şirkətinin nümayəndələri Xəzəryanı regionunun neft-qaz sahəsində ən böyük tədbir olan Beynəlxalq «Xəzər neft və qaz, neftayırma və neft kimyası» («Caspian Oil & Gas») sərgi-konfransında iştirak etmişlər. 2013-cü ilin İyun ayında keşirilən sərgidə 70-dən çox ölkədən 5 600 şirkət iştirak edib, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən 28 ölkədən 386 şirkəti bir araya gəlmişdir. Sərgiyə qatılan yerli şirkətlərin sayı iştirakçıların ümumi sayının 30%-ni təşkil etmişdir.
“Xəzər neft və qaz-2013” sərgisinin baş sponsoru Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) olmuşdur. Tədbir müddətində MEGA-S SUPPLY-in əməkdaşları bir sıra xarici istehsalçı şirkətlərlə işguzar əlaqələr qurmağa müvəffəq olmuşdur. MEGA-S SUPPLY Azərbaycanda neft-qaz sektorunda çalışan yerli və xarici şirkətlərə neft-mədən avadanlıqları təchizatı xidmətini həyata keçirir. Fəaliyyətinə 2005-ci ildən başlayan MEGA-S SUPPLY şirkəti 2013-cü ilin yekunlarına əsasən birbaşa əməkdaşlıq etdiyi xarici partnyorların sayı 50-ni keçmişdir. MEGA-S SUPPLY həmin avadanlıqları ABŞ, Avropa, MDB və digər ölkələrin tanınmış şirkətlərindən müvafiq zəmanətlə əldə edir və sifarişçinin bütün şərtlərinə uyğun olaraq təhvil verir.