Azərbaycanda neft-qaz və dəniz avadanlıqları təchizatçısı olan MEGA-S SUPPLY yeni starteji əməkdaşlığa başlayır. Fəaliyyətinə 2005-ci ildən başlayan MEGA-S SUPPLY şirkəti 2013-cü ilin yekunlarına əsasən birbaşa əməkdaşlıq etdiyi xarici partnyorların sayı 50-ni keçmişdir. MEGA-S SUPPLY Azərbaycanda neft-qaz sektorunda çalışan yerli və xarici şirkətlərə neft-mədən avadanlıqları təchizatı xidmətini həyata keçirir. Faəliyyət müddətində MEGA-S SUPPLY ölkəmizin enerji sənayesində çalışan bir çox şirkətləri müasir avadanlıqlarla təchiz edərək geniş təcrübə əldə etmişdir.
MEGA-S SUPPLY həmin avadanlıqları ABŞ, Avropa, MDB və digər ölkələrin tanınmış şirkətlərindən müvafiq zəmanətlə əldə edir və sifarişçinin bütün şərtlərinə uyğun olaraq təhvil verir. Hazırda MEGA-S SUPPLY neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan və beynəlxalq standartlara cavab verən avadanlıqların təchizatçısıdır. Şrkətin əməkdaşları həmçinin avadanlıqların istismarı, saxlanması və təmiri üzrə peşəkar təlimlər də keçir. Əlavə məlumat üçün www.mega-s.az saytına baxın.