"Neft Daşları" yatağında yeni quyu qazılır

Kompleks Qazma İşləri Tresti tərəfindən "Neft Daşları" yatağındakı 2585 nömrəli platformadan 2599 nömrəli quyunun qazma işlərinə başlanılıb.

Gün.Az ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki,  "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2450 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.

15.02.2014