Şirkət haqqında

MEGA-S SUPPLY MMC neft-qaz sektorunda çalışan yerli və xarici şirkətlərin neft-mədən avadanlıqları təchizatçısıdır. 2005-ci ildə fəaliyyətə başlayan MEGA-S SUPPLY bu müddət ərzində geologiya, geofizika, qazma, hasilat, saxlanc, emal, energitika kimi sahələrdə bir sıra əhəmiyyətli neft-qaz layihələrinin uğurla həyata keçirilməsində iştirak etmişdir. MEGA-S SUPPLY Azərbaycanın enerji sənayesində çalışan bir çox şirkətləri neft-mədən avadanlıqları ilə təchiz edərək qısa zaman ərzində geniş təcrübə qazanmışdır.

Hazırda MEGA-S SUPPLY neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan və beynəlxalq standartlara cavab verən avadanlıqların etibarlı təchizatçısıdır.

MEGA-S SUPPLY həmin avadanlıqları ABŞ, Avropa, MDB və digər ölkələrin tanınmış şirkətlərdən müvafiq zəmanətlə əldə edir, ölkəyə idxal edir və quraşdırır.  MEGA-S SUPPLY-in peşəkar heyəti eyni zamanda avadanlıqların istismarı, saxlanması və təmiri üzrə peşəkar təlimlər keçir.

MEGA-S SUPPLY şirkətinin missiyası – sürətlə inkişaf edən və beynəlxalq aləmdə aparıcı enerji ölkəsi kimi tanınan Azərbaycanda neft-qaz sahəsində çalışan şirkətləri təhlükəsiz, etibarlı və sərfəli avadanlıqlarla təchiz etməkdir.